“Mançester Yunayted” və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi BBC-nin “Can You Beat Wayne Rooney?” adlı yeni futbol viktorinasının aparıcısı olacaq.
İdman.Biz xəbər verir ki, yeni şou çərçivəsində tanınmış qonaqlar sabiq hücumçunun futbol biliklərini və yaddaşını yoxlayacaqlar.
Son vaxtlar Runi televiziya ekranlarında mütəmadi olaraq futbol eksperti və analitiki kimi çıxış edir. İndi isə o, özünü başqa formatda sınayacaq.
“Bir sual səni dərhal soyunub-geyinmə otağına, matça və ya illərdir xatırlamadığın bir ana qaytara bilər. Bizim çoxlu əla qonaqlarımız, gülüş üçün bol səbəbimiz və gözəl futbol söhbətlərimiz olacaq”, - deyə Runi bildirib.
Proqramın həmaparıcısı britaniyalı komediya aktyoru Aleks Bruker olacaq.
