Azərbaycan Premyer Liqası: “Qəbələ” “Neftçi” ilə üz-üzə

18 Sentyabr 2026 09:41
114
Azərbaycan Premyer Liqası: “Qəbələ” “Neftçi” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının altıncı turunun oyunu “Qəbələ” “Neftçi” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 17:30-da start götürəcək qarşılaşmasını Cavid Cəlilov idarə edəcək.

“Qəbələ” dörd xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 12 xala malik “Neftçi” isə ikincidir.

Misli Premyer Liqası
Birinci dövrə, Altıncı tur

18 sentyabr (cümə)
17:30. “Qəbələ” - “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura sentyabrın 20-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: