Futbol üzrə Avropanın aparıcı milli çempionatlarında bu gün - 18 sentyabrda bir sıra qarşılaşmalar keçiriləcək.
İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqasında beşinci turun ilk oyununda “Brentford” doğma meydanda “Çelsi”ni qəbul edəcək.
Almaniya Bundesliqasının dördüncü turunda “Bavariya” “Union Berlin”lə qarşılaşacaq. İtaliya A Seriyasında və Fransa Liqa 1-də beşinci tur başlayır. Müvafiq olaraq “Monza” - “Sassuolo”nu, “Monako” iəs “Lans”ə qəbul edəcək. İspaniya La Liqasında yeddinci tura “Espanyol” - “Elçe” oyunu ilə start veriləcək.
Türkiyə Superliqasının altıncı turuna da bu gün start veriləcək. Turun ilk matçında “Kasımpaşa” “Konyaspor”la üz-üzə gələcək.
18 sentyabr (vaxtlar Bakı saatı ilə)
Türkiyə Super Liqası
21:00. “Kasımpaşa” - “Konyaspor”
Bundesliqa
22:30. “Bavariya” - “Union Berlin”
A Seriyası
22:45. “Monza” - “Sassuolo”
Liqa 1
22:45. “Monako” - “Lans”
İngiltərə Premyer Liqası
23:00. “Brentford” - “Çelsi”
La Liqa
23:00. “Espanyol” - “Elçe”
