Kilian Mbappe “Real”a keçməzdən əvvəl PSJ-dəki son mövsümünün onun üçün çətin keçdiyini etiraf edib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Fransa millisinin hücumçusu həmin dövrün çətin olub-olmaması ilə bağlı suala belə cavab verib:
“Əlbəttə. Və hər şey məlum deyil. Bu, həyat yolumun bir hissəsidir.”
Hücumçu əlavə edib ki, iki il keçdikdən sonra baş verənlərə görə heç kimi tənqid etmək istəmir. O, həmin dövrü “inanılmaz dərəcədə çətin” adlandırıb, lakin bunun artıq keçmişdə qaldığını bildirib.
Mbappe qeyd edib ki, bu təcrübə “Real”da oynamaq kimi uzunmüddətli arzusuna çatmaq üçün atmalı olduğu növbəti addım olub.
