Rusiya U-15 millisi Azərbaycanda dünya çempionatında çıxış edəcək

18 Sentyabr 2026 02:15
93
Rusiya U-15 millisi Azərbaycanda dünya çempionatında çıxış edəcək

Rusiya U-15 milli komandası 15 yaşadək futbolçular arasında dünya çempionatında və FIFA-nın festivalında bayraq və himnlə çıxış edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFİ) rəsmi saytında məlumat yayılıb.

Qeyd olunur ki, turnirin ilkin mərhələsində Rusiya komandası Əfqanıstan, Cibuti, Syerra-Leone, Sudan və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq. Bundan sonra öz qruplarında eyni yerləri tutacaq rəqiblərlə daha beş oyun keçirəcək.

Yarışlar 191 milli komandanın iştirakı ilə oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Matçlar 8×8 formatında, hərəsi 20 dəqiqə olmaqla iki hissədən ibarət keçiriləcək.

Bu, 2022-ci ildən bəri Rusiya millisinin dövlət bayrağı və himni ilə çıxış edəcəyi FIFA-nın himayəsi altında keçirilən ilk rəsmi turnirdir.

Xatırladaq ki, 2022-ci ilin fevralında FIFA və UEFA bütün Rusiya klublarını və milli komandalarını öz himayələri altında keçirilən turnirlərdən kənarlaşdırmışdı.

İdman.Biz