Virginia Fonseka “Real”ın futbolçusu Vinisius Juniorla birgə fotosunu paylaşıb.
İdman.Biz xəbər verir ki, şəkildə hər iki tərəf nişan üzüklərini nümayiş etdirir.
“Birillik münasibətdən sonra nəhayət ki, üzük buradadır”, – deyə inflyuenser paylaşımına şərh yazıb və onu “Queen” qrupunun “We Are the Champions” (“Biz çempionuq”) mahnısı ilə müşayiət edib.
Cütlük 2026-cı ilin mayında ayrılıb, lakin dünya çempionatından sonra yenidən barışıb. Bundan sonra Virginia Madriddə Vinisiusun evində məskunlaşıb.
Braziliyalı vinger 2018-ci ildən “Real”da çıxış edir. 26 yaşlı futbolçu Madrid klubunda keçirdiyi müddətdə 382 matçda 129 qol vurub və aralarında iki Çempionlar Liqası və üç İspaniya çempionluğu olmaqla 14 kubok qazanıb.
Vinisius 2024-cü ildə FIFA versiyasına görə ilin ən yaxşı futbolçusu seçilib.
