Ferran Torresin “Barselona”ya qayıdış gündəmdə

8 Noyabr 2026 13:24
42
Ferran Torresin “Barselona”ya qayıdış gündəmdə

Fransanın PSJ futbol komandasının hücumçusu Ferran Torres ciddi məhsuldarlıq problemi ilə üzləşib və onun İspaniyanın “Barselona” klubuna qayıda biləcəyi barədə iddialar yayılıb.

İdman.Biz xəbər verir ki, 26 yaşlı futbolçunun qolsuz seriyası artıq səkkiz qarşılaşmaya çatıb. İspaniyalı hücumçunun uğursuz çıxışı onun Paris təmsilçisindən ayrılmaq istədiyi barədə söz-söhbətləri yenidən gündəmə gətirib.

İddialara görə, Torres karyerasını keçmiş komandası “Barselona”da davam etdirmək niyyətindədir. Lakin futbolçunun transfer istəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İspaniyalı hücumçu mövsümə uğurlu başlasa da, son həftələr əvvəlki məhsuldarlığını göstərə bilmir. Onun son qolu sentyabrın 20-də “Marsel”ə qarşı qarşılaşmada qeydə alınıb.

PSJ-nin baş məşqçisi Luis Enrike isə hücumçunu müdafiə edərək futbolçuların bəzən qol imkanlarından yararlana bilmədiklərini, bunun normal hal olduğunu bildirib.

Qeyd edək ki, Ferran Torres 2026-cı ilin avqustunda “Barselona”dan PSJ-yə transfer olunub. Onun Fransa klubu ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.

İdman.Biz