Libertadores Kubokunda yarımfinal cütləri müəyyənləşdi

18 Sentyabr 2026 11:11
101
Libertadores Kubokunda yarımfinal cütləri müəyyənləşdi

Libertadores Kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

İdman.Biz xəbər verir ki, 1/4 finalın cavab oyununda “Flamenqo” “İndependiente del Valye” ilə 1:1 hesablı heç-heçə edib. Braziliya təmsilçisi ilk görüşdə 2:0 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəlib.

Yarımfinalda “Flamenqo” “Estudiantes”lə qarşılaşacaq. Digər cütdə isə Braziliyanın iki klubu - “Palmeyras” və “Fluminense” üz-üzə gələcək.

İlk yarımfinal matçları 13 oktyabrda, cavab görüşləri isə 20 oktyabrda keçiriləcək.

İdman.Biz