“Fiorentina” Toskana derbisində “Piza”nı darmadağın etdi - YENİLƏNİB + VİDEO

16 Sentyabr 2026 01:14
837
“Fiorentina” Toskana derbisində “Piza”nı darmadağın etdi

Bu gün İtaliya Kubokunda 1/16 final mərhələsinin son oyununda “Fiorentina” doğma meydanda “Piza” ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Florensiyada keçirilən Toskana derbisində meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.

“Fiorentina” 40-cı dəqiqədə hesabı açıb. Metyas Pelleqrino komandasını önə keçirib və ilk hissə Florensiya klubunun 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissədə də “Fiorentina” üstün oyun nümayiş etdirib. 71-ci dəqiqədə Villi Nyonto fərqlənərək hesabı 2:0-a çatdırıb. Meydan sahibləri görüşün son dəqiqələrində daha bir qol vurublar. 90+2-ci dəqiqədə Pedro Qonçalves yekun hesabı müəyyənləşdirib – 3:0.

Beləliklə, “Fiorentina” Toskana derbisində “Piza”ya qalib gələrək İtaliya Kubokunda növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, qarşılaşma “Fiorentina”nın baş məşqçi dəyişikliyindən sonra keçirdiyi ikinci oyun olub. Paolo Vanolinin rəhbərliyi altında komanda daha əvvəl “Venetsiya”nı 4:2 hesabı ilə məğlub edib.

22:13

İtaliya Kubokunda 1/16 final mərhələsində “Cenoa” doğma meydanda “Züdtirol”u qəbul edib.

İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da “Luici Ferraris” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün ilk hissəsində komandalar fərqlənə bilməyib və fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Matçın taleyini 87-ci dəqiqədə Xohan Vaskes həll edib. Onun dəqiq zərbəsi “Cenoa”ya qələbə qazandırıb.

Beləliklə, “Cenoa” qələbə qazanaraq İtaliya Kubokunda növbəti mərhələyə yüksəlib.

İdman.Biz