Albiol Mourinyonun dəyişdiyini etiraf etdi: “O, artıq əvvəlki kimi deyil”

6 Noyabr 2026 06:13
45
Albiol Mourinyonun dəyişdiyini etiraf etdi: “O, artıq əvvəlki kimi deyil”

“Real Madrid”in sabiq müdafiəçisi Raul Albiol Joze Mourinyonun Madrid klubundakı ikinci dönəmində məşqçilik yanaşmasının necə dəyişdiyindən danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı veteran futbolçu "À Punt" telekanalına açıqlamasında keçmiş baş məşqçisinin müasir futbolun tələblərinə uyğunlaşdığını bildirib.

“Mourinyonun “Real Madrid”də ikinci dəfə uğur qazana biləcəyinə heç vaxt şübhə etməmişəm. O, dəyişib və inkişaf edib. İndi cəmiyyətin fərqli olduğunu, hətta peşəkarların gənclərlə əvvəlkindən başqa cür davrandığını bilir”, - deyə Albiol vurğulayıb.

Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis ənənəvi məşqçilik prinsiplərini qorusa da, yeni dövrün tələblərini nəzərə alır:

“O, köhnə məktəbin nümayəndəsidir, amma həm cəmiyyətdə, həm də futbolda baş verən dəyişikliklərə uyğunlaşmağı bacarıb”.

Albiol Mourinyonun futbolçulardan tələb etdiyi intizam məsələsinə də toxunub.

“Mourinyoya özünə diqqət yetirən, məsuliyyətli futbolçular lazımdır. Problemlər peşəkarlıq olmayanda başlayır”.

Qeyd edək ki, Albiol 2010-2013-cü illərdə “Real Madrid”də Mourinyonun rəhbərliyi altında çıxış edib. Portuqaliyalı mütəxəssis isə 2026-cı ilin yayında Madrid klubunun baş məşqçisi postuna qayıdıb.

İdman.Biz