“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem “Mançester Yunayted”in gənc futbolçusu Cey Cey Qabrielin İspaniya klubuna keçmək qərarında mühüm rol oynayıb.
İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, Bellinqem 16 yaşlı həmyerlisi ilə şəxsən əlaqə saxlayaraq onu Madrid klubuna keçməyə razı salıb.
İngiltərə millisinin yarımmüdafiəçisi Qabrielə Madriddəki həyat, “Real Madrid”in strukturu və klubun gənc futbolçulara yaratdığı inkişaf imkanları barədə ətraflı məlumat verib.
Bundan başqa, Bellinqemin nümayəndələri də Qabrielin ətrafı ilə danışıqlar apararaq İspaniya klubuna keçidi tövsiyə ediblər.
Qeyd edək ki, Cey Cey Qabriel UEFA Gənclər Liqasında “Sabah”a qarşı keçirilən və “Mançester Yunayted”in 5:0 hesabı ilə qalib gəldiyi oyunda het-trik edib.
