Bu gün Avropanın aparıcı beş futbol çempionatında və Türkiyə Superliqasında növbəti turun oyunlarına start veriləcək.
İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqasında “Everton” doğma meydanda “Koventri Siti”ni qəbul edəcək. İspaniya La Liqasında “Sevilya” ilə “Alaves”, Almaniya Bundesliqasında isə “Hamburq”la “Borussiya” (Mönhenqladbax) üz-üzə gələcək.
İtaliya A Seriyasında “Venetsiya” “Udineze”ni, Fransa Liqa 1-də “Tuluza” “Strasbur”u qəbul edəcək.
Türkiyə Superliqasında isə günün yeganə qarşılaşmasında “Qaziantep” və “Kasımpaşa” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
6 noyabr, Bakı vaxtı ilə
Türkiyə Superliqası - 11-ci tur
21:00 “Qaziantep” - “Kasımpaşa”
Almaniya Bundesliqası - doqquzuncu tur
22:30 “Hamburq” - “Borussiya” (Mönhenqladbax)
İtaliya A Seriyası - 11-ci tur
22:45 “Venetsiya” - “Udineze”
Fransa Liqa 1 - onuncu tur
22:45 “Tuluza” - “Strasbur”
İngiltərə Premyer Liqası - onuncu tur
23:59 “Everton” - “Koventri Siti”
İspaniya La Liqası - 12-ci tur
23:59 “Sevilya” - “Alaves”
