Bu gün futbol üzrə Misli Premyer Liqasının altıncı turu çərçivəsində ikinci qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Qarabağ” “Şəfa”nı qəbul edəcək.
Oyun saat 19:45-də başlayacaq. “Qarabağ” 10 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Üç xala malik “Şəfa” isə onuncudur.
Misli Premyer Liqası
Birinci dövrə, Altıncı tur
18 sentyabr (cümə)
19:45. “Qarabağ” - “Şəfa”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, tura sentyabrın 20-də yekun vurulacaq.
