“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda təxirə salınmış oyun keçirilib.
İdman.Biz xəbər verir ki, yeddinci turdan təxirə salınan qarşılaşmada EFA “Zəngəzur”u 5:1 hesabı ilə məğlub edib.
Bu nəticə EFA-nın yarımfinala yüksəlməsinə imkan verib. Komanda turnir cədvəlində “Sabah”ı geridə qoyaraq dördüncü pilləyə yüksəlib.
Yarımfinalda EFA “Neftçi” ilə üz-üzə gələcək.
Sabahın Ulduzları
Yeddinci turun oyunu
“Zəngəzur” - EFA 1:5
Qollar: Əli Seyfulla, 79 - Ömər Osmanlı, 15. Hüseyn Novruzlu, 33. Yusif Məmmədli, 50. Şahin Qasımzadə, 52. Kənan Həsənov, 68.
Beləliklə, yarımfinal cütləri belədir:
U-15
Yarımfinal
20 sentyabr
Qarabağ - Ulduz
Neftçi - EFA
