“Sabah”ın keçmiş futbolçusu: “Barselona”dakı adlardan çəkinmək lazım deyil”

8 Noyabr 2026 23:18
65
“Sabah”ın keçmiş futbolçusu: “Barselona”dakı adlardan çəkinmək lazım deyil”

“Sabah” “Vikinq”ə qarşı əla ilk hissə keçirdi. Onlar süni örtüklü meydana tez uyğunlaşdılar və erkən qolla hesabı açmağı bacardılar. Hesab 0:1 olduqdan sonra əks-hücumlar üçün geniş boşluqlar yarandı. Əgər “Sabah” öz sürətindən və hücuma tez keçid imkanlarından daha səmərəli istifadə edə bilsəydi, indi “Sabah”ın məğlubiyyətindən danışmırdıq”.

İdman.Biz xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında “Sabah”ın sabiq kapitanı Filip İvanoviç keçmiş komandasının Çempionlar Liqasındakı çıxışını dəyərləndirərkən söyləyib.

Hazırda Özbəkistanın “Soqdiana” komandasında çıxış edən təcrübəli futbolçu “Sabah”ın “Barselona”ya qarşı keçirəcəyi oyundan gözləntilərini bölüşüb:

“Barselona”ya qarşı oynamaq, yəqin ki, “Sabah”ın hər bir oyunçusu üçün bir xəyalın gerçəkləşməsi olacaq. Onlar bu matça rahat çıxmalı və bu təcrübədən zövq almalıdırlar. Bununla belə, onlar həm də layiqli mübarizə aparmalıdırlar. “Barselona”dakı məşhur adlardan çəkinməməli, əksinə, cəsarət, əzmkarlıq və döyüşkən ruh nümayiş etdirməlidirlər. Çünki nəticə necə olursa-olsun, heç kim onların göstərdiyi səyi və meydanda var gücləri ilə mübarizə aparmağın qürurunu əllərindən ala bilməz”.

Qeyd edək ki, “Sabah” ÇL-də “Vikinq”ə qarşı keçirdiyi son oyunda 4:1 hesabı ilə məğlub olub və hazırda turnir cədvəlində 31-ci pillədədir.

İdman.Biz