“İmişli”nin baş məşqçisi: “Futbolçularının çıxışından razıyam”

“İmişli”nin baş məşqçisi: “Futbolçularının çıxışından razıyam”

“İmişli” futbol komandasının məşqçisi Ervins Perkons Misli Premyer Liqasının 11-ci turunda “Sumqayıt”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis əvvəlcə Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

“Azərbaycanı Zəfər bayramı münasibətilə təbrik edirəm. Bərabərsəviyyəli oyun keçdi. Matç planlaşdırdığımız kimi getmədi. Xüsusilə birinci hissə istədiyimiz kimi alınmadı. İkinci hissədə daha yaxşı oynadıq. Yüzfaizlik qol epizodumuz olmasa da, şanslarımız var idi. Heç-heçə ədalətli nəticə oldu. İstədiyimiz bu deyildi, amma futbolçuların çıxışından razıyam”, - deyə Perkons bildirib.

Məşqçi növbəti turda “Zirə” ilə keçirəcəkləri qarşılaşma və rəqiblərin Yevlaxda “İmişli”ni məğlub edə bilməməsinin səbəbləri barədə sualı da cavablandırıb:

“Düşünmürəm ki, mən gəldim və hər şey dəyişdi. Nəticələr futbolçuların meydanda göstərdikləri performansdan asılıdır. Onların motivasiyası yüksəkdir. Buna görə oyunçularımıza borcluyuq. Azarkeşlərimizin də rolu böyükdür. Onlara təşəkkür edirəm.

Ola bilər ki, süni örtüklü meydança bəzi komandalar üçün çətinlik yaradır. Rəqiblər buna öyrəşməyiblər. Üstəlik, uzun yol qət edirlər. Ancaq düşünürəm ki, hər şey çalışmaqdan asılıdır”.

Qeyd edək ki, bu nəticədən sonra “İmişli” xallarının sayını 11-ə çatdıraraq turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Komanda növbəti turda “Zirə” ilə qarşılaşacaq.

İdman.Biz