Venesuelada qapıçı inanılmaz avtoqolla gündəmə gəlib - VİDEO

27 İyul 2026 06:23
95
Venesuelada qapıçı inanılmaz avtoqolla gündəmə gəlib - VİDEO

Venesuelanın “Real Frontera” futbol komandasının kolumbiyalı qapıçısı Serxio Avellaneda ölkə çempionatının ikinci divizionunda qeyri-adi avtoqolla gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, “Urenya” ilə rəsmi oyunun 29-cu dəqiqəsində komanda yoldaşının geri ötürməsini qəbul edən 23 yaşlı qapıçı rəqibin təzyiqi altında topu uzaqlaşdırmaq istəyərkən onu öz qapısına göndərib. Avtoqoldan sonra hesab 0:2 olub.

“Real Frontera” görüşü 1:5 hesabı ilə uduzub.

İdman.Biz
Məqalədə: