Azərbaycan futbol millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxacaq

30 Oktyabr 2026 09:30
84
Azərbaycan futbol millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxacaq

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında mübarizə aparan Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda Əfqanıstan yığması ilə üz-üzə gələcək.

C divizionunda keçiriləcək qarşılaşma saat 11:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb.

Yığma qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Millimiz C Divizionundakı ilk oyununda Çiliyə 3:1, Vyetnama isə 4:2 hesabı ilə məğlub olub, Cəbəllütariqə 5:1, Mozambikə isə 4:1 hesabı ilə qalib gəlib.

İdman.Biz