“Barselona”, PSJ və İngiltərə nəhəngləri “Qalatasaray”ın futbolçusu uğrunda mübarizəyə qoşulub

30 Oktyabr 2026 07:16
81
“Barselona”, PSJ və İngiltərə nəhəngləri “Qalatasaray”ın futbolçusu uğrunda mübarizəyə qoşulub

“Qalatasaray”ın futbolçusu Aleksey Batrakov Avropanın bir sıra aparıcı klublarının transfer hədəfinə çevrilib.

İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, “Liverpul” və “Arsenal”ın maraq göstərdiyi 21 yaşlı futbolçunu “Barselona” və PSJ də diqqətlə izləyir. “Mançester Siti”, “Mançester Yunayted” və “Çelsi” də yaydan bəri onun çıxışlarını nəzarətdə saxlayır.

Məlumata görə, “Liverpul” və “Arsenal” son günlər Batrakova maraqlarını artırıblar. Hər iki klubun skautları “Qalatasaray”ın Çempionlar Liqasında “Lill”ə 4:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanı izləyiblər. Rusiyalı yarımmüdafiəçi həmin görüşdə qol vurub.

“Barselona” da bir müddətdir futbolçunun çıxışlarını izləyir. PSJ isə onun karyerasını davam etdirə biləcəyi mümkün klublardan biri hesab olunur.

Batrakov bu ilin avqustunda Moskva “Lokomotiv”indən 25 milyon avroya (50 milyon manat) “Qalatasaray”a keçib. İstanbul təmsilçisi ilə beşillik müqavilə imzalayan futbolçunun sərbəstqalma məbləği təxminən 50 milyon funt-sterlinq təşkil edir.

Bununla belə, “Qalatasaray” yarımmüdafiəçini yaxın vaxtlarda satmaq niyyətində deyil. Klub rəhbərliyi onun indiyədək göstərdiyi çıxışdan razıdır.

Qış transfer pəncərəsi yaxınlaşdıqca Batrakova maraq artsa da, mümkün keçidin gələn ilin yayında reallaşması daha real variant kimi qiymətləndirilir.

İdman.Biz