2026-cı ildə ABŞ, Meksika və Kanadada keçirilən futbol üzrə dünya çempionatı Beynəlxalq Futbol Federasiyasına (FIFA) rekord gəlir gətirib.
İdman.Biz xəbər verir ki, bu barədə “DerbyDerbyDerby” nəşri məlumat yayıb.
Turnirin genişləndirilmiş formatı təşkilatın əvvəlki maliyyə göstəricilərini üstələməsinə şərait yaradıb.
Toplanan məlumatlara əsasən, yalnız biletlərin və qonaqpərvərlik paketlərinin satışından FIFA 4,5 milyard avro gəlir əldə edib. Bu, dörd il əvvəl Qətərdə keçirilən dünya çempionatı ilə müqayisədə beş dəfə çoxdur. Ümumi göstəricilər isə təşkilatın qlobal gəlirlərinin 13,4 milyard avroya çata biləcəyini göstərir.
Gəlirlərin bu qədər artmasının əsas səbəblərindən biri turnirin iştirakçı komanda sayının 32-dən 48-ə çatdırılmasıdır. Nəticədə dünya çempionatında 104 oyun keçirilib. Bu, mundiallar tarixində rekord göstəricidir və 2022-ci ildə Qətərdə keçirilən turnirlə müqayisədə 40 oyun çoxdur.
Oyunların sayının artması biletlərə və qonaqpərvərlik paketlərinə tələbatın yüksəlməsinə, bununla da FIFA-nın kommersiya gəlirlərinin artmasına səbəb olub.
