“Milan”ın qapıçısı Mik Menyan klubdan ayrıla bilər.
İdman.Biz-in “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, “Yuventus” fransız qapıçı ilə maraqlanır.
Mənbənin məlumatına görə, Turin klubunun rəhbərliyi qapıçının mövqeyini gücləndirmək üçün namizədləri nəzərdən keçirir və Menyan ən yaxşı variantlar arasındadır. Tərəflər arasında danışıqlar tezliklə başlaya bilər.
Yanvar ayının sonunda Menyan “Milan”la 2031-ci ilin yayına qədər davam edəcək yeni müqavilə imzalayıb. Ötən mövsüm 30 yaşlı futbolçu bütün yarışlarda 41 oyunda iştirak edib və 16 dəfə qapısını toxunulmaz saxlayıb. Transfermarkt-ın məlumatına görə, qapıçının bazar dəyəri 20 milyon avrodur.
