Matteus "Bavariya"nı Çempionlar Liqasının favoritləri sırasında görür

29 İyul 2026 03:10
66
Matteus "Bavariya"nı Çempionlar Liqasının favoritləri sırasında görür

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus "Bavariya"nın yeni mövsümdə UEFA Çempionlar Liqasının əsas iddialılarından biri olacağını düşünür.

İdman.Biz "Sky Sport"a istinadən xəbər verir ki, Matteus Münhen təmsilçisinin yay transfer dönəmində əsas oyunçularını itirməməsinı əsas gətirərək komandanın gücünü qoruduğunu bildirib.

O, "Real Madrid"in maraq dairəsində olduğu bildirilən Maykl Olisenin mümkün transferinə də toxunub. Əfsanəvi futbolçu hesab edir ki, bu keçidin reallaşması üçün xüsusi səbəblər olmalıdır.

"Düşünürəm ki, "Bavariya" gələn mövsüm yenidən Avropada rəqabətədavamlı olacaq və Çempionlar Liqasının favoritlərindən biri sayılacaq. Onların heç bir rəqibdən çəkinməsinə ehtiyac yoxdur. Kuboku qazanmaq üçün müəyyən qədər şans da lazımdır. Bundan əlavə, "Bavariya" Bundesliqanın da əsas favoritidir", - deyə Matteus bildirib.

İdman.Biz