"Napoli" "Çelsi"nin futbolçusu Benua Badiaşili heyətinə qatmaq istəyir.
İdman.Biz "Foot Mercato"ya istinadən xəbər verir ki, İtaliya klubu fransalı futbolçunun transferi üzərində işləyir.
"Çelsi" bu yay heyətdə böyük dəyişikliklər edir və uyğun təklif gələcəyi təqdirdə bir sıra oyunçularla yollarını ayırmağa hazırdır.Badiaşil də satılması mümkün futbolçular sırasında yer alır.
London təmsilçisi 23 yaşlı müdafiəçi üçün ən azı 30 milyon avro qazanmaq istəyir. "Napoli"nin bu məbləğ qarşılığında transferə razı olub-olmayacağı isə hələ məlum deyil.
Daha əvvəl "Real Sosyedad" da maraqlansa da, danışıqlar nəticə verməyib.
Fransalı futbolçu ötən klub mövsümündə 16 oyunda iştirak edib. "Transfermarkt"ın məlumatına görə, onun hazırkı bazar dəyəri 15 milyon avrodur.
