"İpsviç" Premyer Liqa tarixinin ən uzunboylu futbolçusunu transfer etdi

28 İyul 2026 23:39
105
"İpsviç" Premyer Liqa tarixinin ən uzunboylu futbolçusunu transfer etdi

İngiltərənin "İpsviç Taun" futbol klubu yeni qapıçı transferini açıqlayıb.

İdman.biz "BBC Sport"-a istinadən xəbər verir ki, İngiltərə klubu Kjel Şerpeni heyətinə qatıb. 26 yaşlı niderlandlı qolkiper Premyer Liqa tarixinin ən uzunboylu futbolçusu olub.

Boyu 206 santimetr olan Şerpen "traktorçular"la 4 illik müqavilə imzalayıb. O, komandaya Belçikanın "Union Sen-Jiloaz" klubundan keçib.

Niderlandlı qapıçı Premyer Liqada əvvəlki rekordu "Çelsi"nin sabiq qolkiperi Lukas Berqstromdan alıb. Berqstromun boyu 205 santimetr idi.

Şerpen "Union Sen-Jiloaz"dan əvvəl "Ayaks", "Brayton", "Ostende", "Vitess" və "Şturm" klublarında çıxış edib.

İdman.Biz