Fransa millisinin və "Real"ın futbolçusu Kilian Mbappe Zinəddin Zidanın yığmanın baş məşqçisi təyin olunmasına münasibət bildirib.
İdman.biz xəbər verir ki, Mbappe sosial şəbəkə hesabında Zidana xitabən "Evə xoş gəlmisən" sözlərini yazıb.
54 yaşlı mütəxəssis bu gün Fransa millisi ilə 4 illik müqavilə imzalayıb. Zidan baş məşqçi postunda 2012-ci ildən komandaya rəhbərlik edən Didye Deşamı əvəzləyib.
