Böyük Britaniyanın baş naziri FIFA-nı tənqid etdi: “Dünya çempionatı satılacaq məhsul deyil”

29 İyul 2026 03:32
99
Böyük Britaniyanın baş naziri FIFA-nı tənqid etdi: “Dünya çempionatı satılacaq məhsul deyil”

Böyük Britaniyanın baş naziri Endi Börnhem FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini satmaq planını sərt tənqid edib.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, baş nazir futbolun investorlara deyil, azarkeşlərə məxsus olduğunu bildirib:

“Bunu çox açıq şəkildə demək istəyirəm. Futbol investorlara məxsus deyil. O, tribunaları dolduran, yağışda da, günəşdə də komandalarını dəstəkləyən insanlara məxsusdur. Dünya çempionatı satılacaq məhsul deyil. Bu, dünya idmanının ən möhtəşəm turniridir və heç vaxt kiminsə satacağı bir mülkiyyət olmayıb. Bu sövdələşməni necə adlandırmağınızın fərqi yoxdur. Onun kiçik bir hissəsini belə satmaq futbolun dəyərlərinə xəyanətdir. Futbol azarkeşlərindir. Həmişə belə olub və həmişə də belə olacaq”.

Qeyd edək ki, daha əvvəl UEFA, FIFA-nın sabiq prezidenti Yozef Blatter və bir sıra Avropa futbol federasiyaları da İnfantinonun planına etiraz ediblər.

İdman.Biz