Avropa federasiyaları FIFA-nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:41
115
Avropa federasiyaları FIFA-nı və dünya çempionatını boykot edə bilər

Avropa futbol federasiyaları FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini xarici investorlara satmaq planına etiraz edir.

İdman.Biz “Sky News”-ə istinadən xəbər verir ki, Avropa federasiyaları bu həftə fövqəladə iclas keçirəcəklər. İclasda FIFA prezidenti Canni İnfantinonun sözügedən planı həyata keçirməyə davam edəcəyi təqdirdə dünya çempionatının boykot edilməsi ehtimalı müzakirə olunacaq.

İngiltərə Futbol Assosiasiyasının da FIFA-nın bu təşəbbüsündən əvvəlcədən xəbərsiz olduğu bildirilmişdi.

Qeyd edək ki, daha əvvəl UEFA və FIFA-nın sabiq prezidenti Yozef Blyatter də dünya çempionatının kommersiya hüquqlarının satılması ideyasını sərt tənqid ediblər.

İdman.Biz