“Şalke” “Mançester Yunayted”in hücumçusunu heyətinə qatmaq istəyir

7 İyun 2026 01:39
113
“Şalke” “Mançester Yunayted”in hücumçusunu heyətinə qatmaq istəyir

2025/26 mövsümündə Bundesliqaya vəsiqə qazanan Almaniyanın “Şalke” klubu “Mançester Yunayted” akademiyasının yetirməsi ilə gücləndirilə bilər.

İdman.Biz bildirir ki, 20 yaşlı hücumçu İtan Uitli Gelzenkirxen klubunun diqqət mərkəzindədir.

Məlumata görə, “Şalke” ingilis futbolçunu birdəfəlik əldə etməkdə maraqlıdır, lakin “Mançester Yunayted” onu icarəyə vermək istəyir. Bir neçə başqa klubun da oyunçu ilə maraqlandığı bildirilir.

Uitli mövsümün ilk yarısını icarə əsasında “Northempton”da, ikinci yarısını isə İngiltərənin üçüncü divizionunda “Bredford”da keçirib. O, 37 matçda üç qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz