"Yuventus" "Mançester Yunayted"in yarımmüdafiəçisi və kapitanı Brunu Fernandeşlə maraqlanır.
İdman.Biz "Caught Offside"a istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Luçano Spallettinin heyətinin texniki səviyyəsini yaxşılaşdırmaq istəyir.
Mənbənin məlumatına görə, "Yuventus" 31 yaşlı futbolçunun vəziyyətini nümayəndələri ilə müzakirə edib. Qeyd olunur ki, "Qırmızı şeytanlar" Fernandeş üçün 50-75 milyon avro tələb edə bilər və bu, yarımmüdafiəçinin maaşı ilə birlikdə onun transferinə maneə ola bilər. Portuqaliyalı və "Mançester Yunayted" arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar da irəliləyib.
Yarımmüdafiəçi 2020-ci ilin yanvar ayından bəri mankunianlılarda çıxış edir. Ötən mövsüm Fernandeş bütün yarışlarda 37 oyun keçirib, doqquz qol vurub və 22 məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, oyunçunun bazar dəyəri 35 milyon avrodur.
