Avropa çempionatı: Minifutbol millimiz finalda Ukrayna ilə üz-üzə - VİDEO

4 İyun 2026 09:30
136
Avropa çempionatı: Minifutbol millimiz finalda Ukrayna ilə üz-üzə

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə qarşılaşacaq.

Görüş “Tipos Arena”da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.

Xatırladaq ki, millimiz 2022-ci ildə Avropa, 2025-ci ildə isə dünya çempionu olub.

İdman.Biz