"Qəbələ" portuqaliyalı vingeri transfer etdi

28 İyul 2026 18:31
103
"Qəbələ" portuqaliyalı vingeri transfer etdi

"Qəbələ" növbəti transferini reallaşdırıb.

İdman.Biz xəbər verir ki, "qırmızı-qaralar" heyətini portuqaliyalı futbolçu Bruno Silva ilə gücləndirib.

Klub 28 yaşlı vingerlə 1+1 illik müqavilə bağlayıb. Silva son olaraq vətənində "Oliveyrense"nin formasını geyinib.

Portuqaliyalı futbolçu karyerası ərzində "Vilaverdense" (Portuqaliya) və "Jenis" (Qazaxıstan) klublarında da çıxış edib.

İdman.Biz