Azərbaycan Birinci Liqasında çıxış edən “Zaqatala” futbol klubu yeni mövsüm öncəsi seleksiya məşqləri təşkil edəcək.
İdman.Biz xəbər verir ki, 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində keçiriləcək seçimlərdə məqsəd istedadlı və perspektivli futbolçuları müəyyənləşdirməkdir.
Seleksiyada 16-25 yaş arası, peşəkar və ya həvəskar futbol təcrübəsi olan, fiziki hazırlığı yüksək səviyyədə olan oyunçular iştirak edə bilərlər.
Seçim məşqi 1 avqust tarixində saat 18:00-da Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, seleksiyada iştirak etmək istəyən futbolçular öncədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün əlaqə nömrəsi: +994 70 514 07 80 (WhatsApp).
