“Araz-Naxçıvan” ev oyunlarını Qəbələdə keçirəcək

28 İyul 2026 15:49
91
“Araz-Naxçıvan” ev oyunlarını Qəbələdə keçirəcək

“Araz-Naxçıvan” futbol klubu Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl oyunlarını Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da keçirirdi.

İdman.Biz