Mehdi Cənnətov: “Səbail”in Premyer Liqa hədəfi mənim üçün cəlbedici oldu”

28 İyul 2026 17:42
83
Mehdi Cənnətov: “Səbail”in Premyer Liqa hədəfi mənim üçün cəlbedici oldu”

“Səbail” futbol klbuuna keçməyimdə əsas rolu Rahid Əmirquliyev oynadı. Onu çox yaxşı tanıyıram, danışdıq və klubun bütün planlarından bəhs etdi. İlk növbədə klubun Premyer Liqaya vəsiqə qazanmaq istədiyini söylədi. Bu da mənim üçün cəlbedici oldu. Komandanın Premyer Liqaya vəsiqə qazanmasına kömək olmaq istədim. Bütün komanda olaraq da bunu reallaşdırmağa çalışacağıq. “Səbail” uzun illər Premyer Liqada oynamış, çox yaxşı komandadır”.

Bu sözləri Azərbaycan milli komandasının sabiq qapıçısı Mehdi Cənnətov deyib.

Birinci Liqada mübarizə aparan və çempionluğa iddialı olan “Səbail”in yeni transferlərindən olan Cənnətov klubla bir illik müqavilə imzalayıb.

Təcrübəli qapıçı ötən mövsüm “Sumqayıt”dakı performansından da bəhs edib.

“Deməzdim ki, “Sumqayıt”da az oynayırdım. Son vaxtlarda Xəyal Fərzullayev özünü çox yaxşı tərəfdən göstərdi. Ona yeni mövsümdə də uğurlar arzulayıram. “Sumqayıt” öz stadionu, infrastrukturu, azarkeşləri ilə hər il avrokuboklar uğrunda mübarizə aparmalıdır. Onlara uğurlar arzulayıram”, - deyə o sportal.az-a açıqlamasında söyləyib.

İdman.Biz