Bu gün Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi ilk yoxlama matçına çıxacaq.
İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Malta ilə üz-üzə gələcək.
Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oyunu baş hakim Mixali Kaprali (Macarıstan) idarə edəcək.
