Parataekvondoçumuz Sabir Zeynalov Roma Qran-prisinin qızıl medalını qazanıb - YENİLƏNİB + FOTO

4 İyun 2026 22:21
1 097
Parataekvondoçumuz Sabir Zeynalov Roma Qran-prisinin qızıl medalını qazanıb

İtaliyanın Roma şəhərində parataekvondoçular arasında Qran-pri davam edir.

İdman.Biz bildirir ki, parataekvondoçumuz Sabir Zeynalov (58 kq) ən reytinqli parataekvondoçuların mübarizə apardığı Roma Qran-Prisinin qızıl medalını qazanıb.

20 yaşlı paralimpiyaçımız finalda cənubi koreyalı Pyeonggang Leeni məğlub edib.

20:50

İtaliyanın Roma şəhərində parataekvondoçular arasında Qran-pri davam edir.

İdman.Biz xəbər verir ki, parataekvondoçumuz İmaməddin Xəlilov (70 kq) turnirin bürünc medalını qazanıb.

20:19

İtaliyanın paytaxtı Romada parataekvondoçular arasında Qran-pri davam edir.

İdman.Biz bildirir ki, parataekvondoçumuz Sabir Zeynalov (58 kq) yarımfinalda türkiyəli Ali Can Özcan üzərində qələbə qazanaraq turnirin finalına yüksəlib.

18:29

İtaliyanın paytaxtı Romada parataekvondoçular arasında Qran-pri davam edir.

İdman.Biz xəbər verir ki, Parataekvondoçumuz İmaməddin Xəlilov (70 kq) 1/4 finalda taylandlı Tanapan Sotthisetlə qarşılaşıb.

Xəlilov qələbə qazanaraq Roma Qran-prisinin yarımfinalına yüksəlib.

13:15

Bu gün Azərbaycan parataekvondoçuları İtaliyanın paytaxtı Romada start götürəcək Qran-pridə çıxış edəcəklər.

İdman.Biz xəbər verir ki, komanda yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparacaq.

K44 kateqoriyasında Sabir Zeynalov (58 kq) və İmaməddin Xəlilov (70 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Qeyd edək ki, Roma Qran-prisi Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıracaq.

İdman.Biz