Aybəniz Babayeva Dünya Kubokunun finalında yeddinci olub

30 İyul 2026 17:35
114
Aybəniz Babayeva Dünya Kubokunun finalında yeddinci olub

Azərbaycanın paragüllə atıcısı Aybəniz Babayeva Dünya Kubokunda final mərhələsində mübarizə aparıb.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarının iştirakçısı olan idmançımız Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş (P2) yarışında çıxış edib.

Aybəniz Babayeva təsnifat mərhələsində 559 xal toplayaraq finala vəsiqə qazanıb. Həlledici mərhələdə isə 129,2 xal toplayan təmsilçimiz 34 idmançı arasında yarışı yeddinci pillədə başa vurub.

Qeyd edək ki, Dünya Kuboku 27-29 iyul tarixlərində Novi Sad şəhərində keçirilib.

İdman.Biz