Paralimpiyaçımız Çellencer turnirində qızıl medal qazanıb

29 İyul 2026 12:05
138
Paralimpiyaçımız Çellencer turnirində qızıl medal qazanıb

Azərbaycanın boccia idmançısı Sona Ağayeva Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, BC2 kateqoriyasında mübarizə aparan paralimpiyaçı portuqaliyalı Monika Kosta və yeni zelandiyalı Xloe Sturt üzərində qələbə qazanıb.

Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

İdman.Biz