Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında səkkiz idman növü üzrə təmsil olunacaq

16 Oktyabr 2026 16:51
149
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında səkkiz idman növü üzrə təmsil olunacaq

Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları müəyyənləşib.

Milli Olimpiya Komitəsindən AZƏRTAC-a bildirilib, ölkəmiz yarışda səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunacaq. Ümumilikdə 23 nəfərlik heyətdə 13 idmançı ilə yanaşı, səkkiz məşqçi, bir missiya rəhbəri və bir həkim də yer alacaq.

Azərbaycan idmançıları Oyunlarda aşağıdakı növlər üzrə mübarizə aparacaqlar:

Çimərlik güləşi: Günel Kərimli (55 kiloqram), Tunar Quliyev (70 kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Elgün Kərimli (90 kiloqram);

Üzgüçülük: Süleyman İsmayılzadə, Məryəm Cavadova;

Taekvondo: Zəhra İsayeva (44 kiloqram), Adil Kazımlı (73 kiloqram);

Boks: Gülər Hüseynova (51 kiloqram);

Qılıncoynatma: Abbas Hüseynov;

Şosse velosipedi: Nihad Xudoyev;

Cüdo: İbrahim Talıbov (55 kiloqram);

Yüngül atletika: Daniil Şuvayev.

Qeyd edək ki, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında rəsmi açılış mərasimi oktyabrın 31-də, bağlanış tədbiri isə noyabrın 13-də keçiriləcək.

İdman.Biz