Parakamandan oxatma üzrə Azərbaycan millisi Rusiya komandası ilə birgə təlim-məşq toplanışında iştirak edir.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Bakı Atıcılıq Mərkəzində keçirilən hazırlıq prosesində Azərbaycan millisinin heyətində Nurlan Babacanov, Şahin Cabbarov və Əli Nəbiyev yer alıb.
Kollektivə baş məşqçi İlqar Abbasov rəhbərlik edir.
Toplanış çərçivəsində komandalar birgə hazırlıq keçərək təcrübə mübadiləsi aparırlar.
