Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Paris Qran-Prisini gümüş medalla başa vurub.
İdman.Biz xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində yarışan idmançımız finala qədər irəliləyib.
Zeynalov həlledici qarşılaşmada İsrail təmsilçisi Asaf Yasuru ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Azərbaycan idmançısı fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, dünyanın ən yüksək reytinqli parataekvondoçularının qatıldığı yarışda millimiz baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında üç idmançı ilə təmsil olunur. Sabir Zeynalovla yanaşı, İmaməddin Xəlilov (70 kq) və Amin Əliyev (63 kq) də Paris Qran-Prisində mübarizə aparır.
