Prezident paralimpiya hərəkatının dörd nümayəndəsini təltif etdi

16 Oktyabr 2026 13:13
156
Prezident paralimpiya hərəkatının dörd nümayəndəsini təltif etdi

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Elvin Astanov (nüvəitələmə), Ramil Qasımov (paracüdo), Pərvin Məmmədov (parapauerliftinq) və Oloxan Musayev (nüvəitələmə) Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunublar.

İdman.Biz