Boccia millimizin üzvləri Qahirədə Çellencer turnirində iştirak edəcəklər

24 İyul 2026 16:48
76
Boccia millimizin üzvləri Qahirədə Çellencer turnirində iştirak edəcəklər

Azərbaycanın boccia üzrə milli komandasının üzvləri Misirin paytaxtı Qahirədə keçiriləcək Çellencer turnirində iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, iyulun 25-dən 31-dək təşkil olunacaq yarışda Sona Ağayeva, Orxan Kərimov (hər ikisi BC2 kateqoriyası) və Zaur Veysəlov (BC4 kateqoriyası) mübarizə aparacaq.

Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Bocciaçıları yarışda məşqçi Elşən Məhərrəmov müşayiət edəcək.

İdman.Biz