“Pari Sen-Jermen”in yarımmüdafiəçisi Li Kan İn klubdan ayrılmaq istəyir və “Atletiko Madrid”ə üstünlük verir.
İdman.Biz bildirir ki, fransa klubu oyunçunu 30 milyon avroya sata bilər.
Məlumata görə, Madrid və Paris klubları arasında münasibətlər yüksək səviyyədədir. “Atletiko” oyunçu ilə təkcə heyətini gücləndirmək üçün deyil, həm də marketinq məqsədləri üçün maraqlanır.
Ötən mövsüm yarımmüdafiəçi 39 oyunda iştirak edib, dörd qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Li Kan İnin bazar dəyəri 28 milyon avrodur.
