Benzema yay transfer pəncərəsinin sonuna qədər "Əl-Hilal"dan ayrıla bilər

17 Avqust 2026 19:43
77
Benzema yay transfer pəncərəsinin sonuna qədər "Əl-Hilal"dan ayrıla bilər

Kərim Benzema yay transfer pəncərəsinin sonuna qədər "Əl-Hilal"dan ayrıla bilər.

İdman.Biz xəbər verir ki, Sky Sports-un jurnalisti Saşa Tavolyerinin məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisinin baş məşqçisi Simone İnzaqi 38 yaşlı fransalı hücumçunun komandadan ayrılmasını istəyir. Klub rəhbərliyi mütəxəssisin qərarını dəstəkləməyə hazırdır.

Lakin Benzemanın müqaviləsinin mümkün ləğvi razılaşmanın xüsusiyyətlərinə görə çətinlik yaradır. Futbolçu maaşının bir hissəsini Səudiyyə Ərəbistanı futbolunun dövlət strukturlarından aldığı üçün müqavilənin vaxtından əvvəl ləğv edilməsi həm liqa rəhbərliyi, həm də müvafiq dövlət strukturları ilə razılaşdırılmalıdır.

Benzema özü isə müqavilənin ləğv ediləcəyi halda 2027-ci ilə qədər nəzərdə tutulan razılaşmanın qalan müddəti üçün maaşını almaq istəyir.

Fransalı hücumçunu "Əl-Hilal"da əvəzləməyə əsas namizədlərdən biri "Aston Villa"nın forvardı Olli Uotkinsdir. Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu artıq ingiltərəli futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

İdman.Biz