Azərbaycan millisinin və Polşanın “Rakuv” klubunun hücumçusu Mahir Emreli son günlərdə göstərdiyi oyunla diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, Polşa Ekstraklasasının 14-cü turunda keçmiş klubu "Legiya"ya qarşı səfər matçında (4:2) məhsuldar ötürmə ilə yadda qalan forvard həftənin simvolik heyətinə daxil edilib.

Məlumat üçün əlavə edək ki, hazırda Polşa klubunda çıxış edən Mahir Emreli 2028-ci il iyunun 30-na qədər Almaniyanın “Kayzerslautern” klubuna məxsusdur. Polyaklar Mahiri əldən buraxmaq istəmir. Ona görə də onunla rəsmi müqavilə imzalamağı planlaşdırırlar. Ancaq bu məsələdə həm onun, həm də məxsus olduğu klubunun qəti mövqeyi hələ ki bəlli deyil.
Mahir “Qarabağ”, “Legiya”, “Dinamo”(Zaqreb), “Konyaspor”, “Nürnberq” klublarında çıxış edib.
