Azərbaycan İkinci Liqasında 10-cu tura bu gün yekun vurulacaq

10 Noyabr 2026 12:30
85
Azərbaycan İkinci Liqasında 10-cu tura bu gün yekun vurulacaq

Futbol üzrə Azərbaycan İkinci Liqasında 10-cu turun son oyunları bu gün keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun sonuncu günündə üç qarşılaşma baş tutacaq.

Saat 14:00-da “Difai” “Zəngəzur”la, 15:00-da isə “Şirvan” “Marafon”, “Şəki” “Dinamo” ilə üz-üzə gələcək.

Azərbaycan İkinci Liqası

10-cu tur
10 noyabr (çərşənbə axşamı)

14:00. “Difai” - “Zəngəzur”
Hakimlər: Kamil Aydınov, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
Palms Sports FM (IV m.)

15:00. “Şirvan” - “Marafon”
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Mehdi Yusifov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şirvan OİK stadionu

15:00. “Şəki” - “Dinamo”
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Musayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu

Qeyd edək ki, turun digər matçlarında “Şəmkir” “Ağstafa Gəncləri”nə 0:1 hesabı ilə məğlub olub. “Hypers” “Kür-Araz”ı 4:0, “Qaradağ Lökbatan” isə “Ağdaş”ı 5:0 hesabı ilə məğlub edib.

Turun “Şirvan” -“Marafon” qarşılaşması isə təxirə salınıb. Buna səbəb güclü yağış nəticəsində Şirvan Olimpiya İdman Kompleksinin meydançasının yararsız vəziyyətə düşməsidir.

İdman.Biz