“Barselona” futbol klubunun prezidenti Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” nominasiyasının qalibi olub.
İdman.Biz xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb.
Laporta 2003-2010-cu illərdə də “Barselona”nın prezidenti olub. O, 2021-ci ilin martında ikinci dəfə bu vəzifəyə seçilib, 2026-cı ildə isə yenidən prezident seçilərək mandatını 2031-ci ilədək uzadıb.
Beləliklə, onun klub rəhbərliyində ümumi fəaliyyəti 12 ildən çoxdur.
