İstanbulun “Qalatasaray”futbol klubunun yarımmüdafiəçisi Aleksey Batrakov Türkiyə təmsilçisində nəzərdə tutulan bəzi bonus ödənişlərini almaqdan imtina edib.
İdman.Biz xəbər verir ki, bu barədə futbolçunun agenti Vladimir Kuzmiçev “Eto futbol, brat!” adlı "YouTube" kanalına açıqlamasında danışıb.
“Bu, ümumiyyətlə, futbolçunun öz xoş niyyəti idi ki, bütün proses daha rahat keçsin. Klub da onun istəyinə müsbət yanaşdı. Əsas məsələ Alekseyin müəyyən ödənişlərdən imtina etməsi idi”, - deyə agent bildirib.
Qeyd edək ki, 21 yaşlı rusiyalı futbolçu ötən yay Moskvanın “Lokomotiv” klubundan “Qalatasaray”a transfer olunub. İstanbul təmsilçisi bu keçid üçün Rusiya klubuna 25 milyon avro ödəyib. Batrakovla beş illik müqavilə imzalanıb.
