U-20 futbol millimizin heyətində dəyişiklik edildi

10 Noyabr 2026 14:23
51
U-20 futbol millimizin heyətində dəyişiklik edildi

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

MOİK-in qapıçısı Elbrus Kərimovun əvəzinə “Sabah”ın qapıçısı Rüstəm Yarəhmədov kollektivə cəlb edilib.

Qeyd edək ki, U-20 noyabrın 15-dək Qəbələdə, ayın 16-dan 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.

İdman.Biz